• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 31.01.2018 10:02

İlk sürücüsüz sərnişin avtobusu test edilir

İsveçdə ilk sərnişin avtobusu sınaqdan keçirilir. Yeni ictimai nəqliyyat növü elektriklə işlədiyinə görə yavaş və səssiz hərəkət edir. Altı oturacağın quraşdırıldığı 3,3 ton ağırlığında avtobusun sərnişin tutumu 12 nəfər təşkil edir. Təhlükəsizliyə riayət etmək üçün nəqliyyat vasitəsinin daxilində hərəkətə məsul sürücü yerləşdirilib. Avtobus yoldakı bütün maneələri qeydə alan və əyləcə basmaq lazım gələndə siqnal verən xüsusi ötürücülərlə təchiz olunub. Bəzən ötürücülər təkcə real maneələrə deyil, həm də buxar tüstüsü kimi ziyansız obyektlərə reaksiya verirlər. Belə hallarda avtobusun hərəkəti zəifləsə də, zərurət yarandıqda əllə idarəetmə rejiminə keçərək çətin yeri sürətlə qət etmək mümkündür. Fransanın Easymile şirkətinin iki avtonom avtobusunun 6 ay ərzində Stokholmda sınaqdan keçirilməsi planlaşdırılır. Nəqliyyat vasitələri əvvəlcədən proqramlaşdırılan 1,5 kilometrlik marşrut üzrə saatda 20 km sürətlə hərəkət edəcəklər.

 

Cavanşir Məmmədzadə