Neftçalada silsilə oğurluqlar törədən şəxs ifşa olunub. Belə ki, rayonunun Qırmızıkənd kənd sakini Ayaz Ağayev naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus mağazanın seyfindən 150 manat nağd pul və 300 manat dəyərində danışıq kartları, 85 manatlıq siqaretlərin oğurlanması barədə Neftçala rayon polis şöbəsinə rəsmi müraciət edib. Keçirilən tədbirlərdə müəyyən edilib ki, həmin cinayət hadisəsini ayonun Qırmızıkənd kənd sakini, əvvəllər də oğurluq üstündə məhkum olunmuş, 24 yaşlı İsa Nəcəfli törədib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İsa Nəcəfli örətdiyi cinayəti etiraf edib .O, şəhərdə telefon kartlarının müəyyən hissəsini satmağa macal tapıb. İlkin istintaq zamanı İsa Nəcəflinin ötən ilin avqustunda Ayaz Ağayevin mağazasından 1200 manat pul oğurladığı da aşkar olunub. Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.
İsa Nəcəfli saxlanılan şəxs:Gecəynən gəldim Bakıdan, içkili idim. Girdim dükana, kontur, siqaret götürdüm, çıxdım çölə, yenə şəhərə getdim.
Həmçinin Nofəl Əlisəfa oğlu Məmmədov Neftçala polis şöbəsinə ərizə ilə müraciət edərək 26 yanvar 2018-ci il tarixdə ona məxsus dükandan 300 manat dəyərində nağd pul, 100 manat dəyərində telefon danışıq kartları, həmçinin müxtəlif ərzaq məhsullarını və siqaret oğurlanması ilə bağlı bildirmiş, ona ümumilikdə 517 manat məbləğində ziyan dəydiyini qeyd etmişdir.
- Baxış: 956