Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.61 yaşlı İbad Hüseynov qəsəbədə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn "Mercedes" markalı avtomobil onu vurub.Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Yevlax rayonunun mərkəzində də qəza baş verib. Yanacaq daşıyan TIR yolun ortasındakı dairəyə çırpılıb. Qəza zamanı yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.Yük maşınının sürücüsü, Türkmənistan vətəndaşı 39 yaşlı Təkmuhamməd Habidqullayev xəstəxanaya aparılıb. Onun həyatına təhlükə olmadığı bildirilir. Hadisənin səbəbləri araşdırılır.
- Baxış: 649