Land Rover başbilənləri Defender modelinin 70 illiyinə V8 mühərrikli və avtomatik sürət qutusu olan modifikasiya həsr ediblər. Bu cür yolsuzluq avtomobilindən cəmi 150 ədəd istehsal olunması planlaşdırılır. Offroud 405 at güclü beş litrlik V8 atmosfer motorla təchiz olunub. O, 8 pilləli avtomatik ZF transmissiyası ilə işləyir, özü də idman rejimində. 0-dan 96 km/saat sürəti qısa bazalı maşın 5,6 saniyəyə yerinə yetirir. Maksimal sürətsə 170 km/saatdır. Müqayisə etsək aydın olur ki, adi Defender 2,2 litrlik 122 at gücünə malik dizel motora sahib idi və mexaniki sürət qutusu ilə “yüzü” 15,8 saniyəyə yığırdı. Daha güclü tormozlara yiyələnən yeni Defender müştəriyə 214 000 dollara başa gələcək.
Cavanşir Məmmədzadə
- Baxış: 653