• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 813
— 25.01.2018 14:03

Silah satmaq istəyən şəxs yaxalandı

KepezTV Player

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarınnın həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.

Bəxtiyar Məmmədli 39-cu Polis Bölməsinin təhqiqatçısı :  “Onun üzərinə baxış zamanı 1 ədəd TT markalı tapança, 3 ədəd patron və 1 ədəd həmin silaha məxsus sandıqça aşkar olunub. Həmçinin saxlanılan şəxsin üzərindən narkotik maddə də aşkar edilib”.

Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.