Paytaxtın Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib. Hadisə Sulutəpə qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb.47 yaşlı Raqib İsgəndərov qardaşı və oğlu ilə müştəri kimi kafeyə gəliblər. Raqib İsmayılov çölə çıxanda kafe sahibi ilə mübahisə edib. Bu zaman da kafe sahibinin yaxınları müştərini döyüblər. Raqib İsgəndərovun oğlu ilə qardaşı çölə çıxanda onun yaralı olduğunu görüb, təcili tibbi yardım və polis çağırıblar. Aldığı zərbədən huşunu itirən İsgəndərov xəstəxanaya çatdırlıb. Müayinə zamanı sifət nahiyyəsində sınıq xəsarətləri aşkarlanıb. Yaralının həmçinin spirtli içkidən zəhərləndiyi də məlum olub. Araşdrımalar zamanı mübahisənin söyüş üstə düşdüyü müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsində araşdırma aparılır.
- Baxış: 614