Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.01.2018 13:55
Keçmiş məhkum silahla saxlanıldı
KepezTV Player
Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Tural Aliyev Qaradağ RPİ-nin müstəntiqi : “Həyata keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Əliyev Cəlal Nürəddin oğlu saxlanılıb. Üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb”.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 836