Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvarda həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib. Qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycanın gömrük sərhədindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731 min 282 ABŞ dolları, 5 milyard 270 milyon 227 min 972 Rusiya rublu, 248 min 915 avro ölkədən çıxarılıb. Aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşları Aqil Məmmədov, Mustafa Mustafayev və Vüqar Babayev, habelə Gürcüstan vətəndaşı Mamed İzmailov və silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 829