• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1477
— 18.01.2018 21:13

Qəzanın həyacanı sürücünü xəstəxanalıq etdi

KepezTV Player

Göygölün Yeni Qızılca kəndində müharibə əlilinin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Gəncə şəhər sakini 57 yaşlı Cahan  Aslanov “OKA” markalı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edib. Nəticədə maşının idarəetməsini itirib və nəqliyyat vasitəsi “QAZel”ə çırpılıb. Qəzadan həyacanlanan Cahan Aslanovun halı daha da pisləşib. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Tibbi yardımdan sonra vəziyyətinin kafi olduğu bildirilir.