KepezTV Player
Gəncə polisi soyğunçuluq faktının üstünü açıb. Yanvarın 10-da Gəncə şəhər sakini olan qadın qızıl boyunbağısının boynundan qoparılıb aparılması barədə Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.Həyata keçirilən əməliyyat tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Nağıyev olması müəyyən edilib. O da məlum olub ki, saxlanılan şəxs zərərçəkmişin qohumudur. Fakt araşdırılır.
- Baxış: 886