KepezTV Player
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Şəhər sakini, 37 yaşlı Ramin Quliyev şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb. Onun üzərindəki bağlamada 1 kiloqramdan çox tiryək aşkar edilib. Ramin Quliyevin evinin zirzəmisindən daha 2 kiloqram tiryək tapılaraq maddi sübut kimi götürülüb. Quliyev narkotik vasitəni Аfşin adlı şəxsin İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirdiyini söyləyib.
Zülfiyyə Telmanqızı
- Baxış: 380