• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 17.01.2018 13:17

Azyaşlı tüstüdən zəhərləndi

KepezTV Player

Bakıda yanğın hadisəsi baş verib. Yanğın şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Zülfiyyə Telmanqızı