• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2050
— 17.01.2018 13:19

17 yaşlı qızı maşın vurdu

KepezTV Player

Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “VOLVO” markalı yük maşını ilə VAZ 2106 markalı minik avtomobili toqquşub. Minik avtomobilinin sürücüsü 21 yaşlı Anar Həmrayev açmaz Mərkəzi rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 19 yaşlı İlkin Həmrayev isə qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi və alın nahiyyəsinin əzilməsi diaqnozu qoyulub. Rayonda baş verən daha bir qəzada piyada xəsarət alıb. Hadisə Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Xaçmaz sakini 17 yaşlı Aysel Seyidməmmədova Xaçmaz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sol diz oynağının əzilməsi və bağların gərilməsi diaqnozu qoyulub. Faktlarla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı