• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 868
— 13.01.2018 15:55

Gəncədə uşaq ölümü faktları təhlil edilib

KepezTV Player

“Ötən 25-30 il ərzində Azərbaycanda qeydə alınan uşaq ölümü 3 dəfəyədək azalıb. Hazırkı məqsəd mövcud sayın birrəqəmli səviyyəyə çatdırılmasıdır. Bu barədə Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Gəncədə uşaq ölümlərinin araşdırılması məqsədi ilə keçirilən regional müşavirədə açıqlama verib. Müşavirədə ötən il regionda baş vermiş uşaq ölümü faktlarının təhlili aparılıb, risk qrupunda olan hamilə qadınların sağlamlıq vəziyyəti, vaxtında doğuşayardım müəssisələrinə göndərilərməsinin önəmindən danışılıb. Uşaq ölümlərinin səbəblərinə gəldikdə isə görək bu barədə baş pediatr özü nə deyib..

Nəsib Quliyev Səhiyyə Nazirliyinin baş pediatrı: Azərbaycanda uşaq ölümlərinin araşdırılması göstərir ki, son illərdə uşaq ölümü göstəricisi sırasında öndə gedən məsələ, daha çox bizə problem yaradan perenatal dövrdə rast gəlinən problemlərdir. Yəni Azərbaycanda rast gəlinən uşaq ölümünün yarıdan çoxunu, 60 faizdən yuxarısını bu dövr təşkil edir. Ona görə də birinci diqqət bu sahəyə ayrılıb. Bununla yanaşı başqa problemlərlə başğlı da, məsələn tənəfüs yollarının pozğunluqları, tənəfüs üzvlərinin xəstəlikləri, yoluxucu və ya irsi xəstəliklərə qarşı da tədbirlər görülür.