• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3189
— 12.01.2018 12:47

Şəmkirdə istixana kompleksələrinin yaradılmasına maraq artıb

KepezTV Player

Aqrar sektorda müşahidə olunan artım və isthsal olunan məhsullların xarici bazarlara çıxarılması kənd əhalisinin maddi rifah halını yaxşılaşdırmaqla istehsal sahələrinin artmasına da təkan verir. Bu mənada tərəvəz məhsullarının, xüsusi ilə də pomidorun istixana şəraitində yetişdirildiyi Şəmkirdə vəziyyət üzəkaçandır. İxracda birinci olan pomidorun yetişdirilməsi üçün rayonda yeni istixana komplekslərinin yaradılmasına başlanılıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Keçən il 140 milyon dollar dəyərində pomidor ixrac edilibdir. İndi ölkəmizdə 400 hektardan böyük bir sahədə yeni istixana komplekslərinin yaradıldığını nəzərə alsaq, təsəvvür etmək olar ki, bizdə tərəvəz ixracı nə qədər artacaq".

Bu sahənin gəlirli olması və dövlət dəstəyini hiss edən kəndli fermerlər Şəmkirdə tərəvəz əkininə marağı artırıb. Respublikada ən çox istixana komplekslərinin olduğu rayonda genişləndirilən təsərrüfatlar məhsuldarlığın artmasına və  bazara bol məhsul çıxarmağa imkan verir.

Şəadət Əliyev - fermer: Əlbəttə öz təsərrüfatımızı artıracağıq. Sağolsun prezidentimizdə dəstək olur. Kənd təsərrüfatına sahibkarlığa köməklik göstərirlər. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlər hesabına artıracağıq. Bu il elə gördüyünüz bu istixana yeni qurmuşuq. Hardasa 5-6 günə istifadəyə verəcəyik.

Fermerlər bu ildə əldə olunacaq tərəvəz məhsullarını daha çox Rusiya bazarlarına çıxartmaq haqqında düşünürlər. Çünki bizim məhsulların alıcılıq qabiliyyəti sözügedən ölkədə daha yüksəkdir.

Rəşad Məmmədov – fermer: Getdikcə təlbata artır. Vaxtlı-vaxtında dərmanlama işlərini aparırıq. Özümüzündə marağımız artıdığına görə sırf bu işlə məşğul oluruq. Məhsulumuzda bol və kefiyyətli olur.

Digər bir tərəfdən istixanalarda bitkilər ekstremal hava şəraitindən, xəstəlik və ziyanvericilərdən effektli mühafizə oluna bildiyinə görə, bu sahəyə maraq artır.

Kamil Yusifov - Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: Bu gün istixanalar daha yaxşı gəlir gətirdiyindən maraq bu sahəyə daha çoxdur. İstixanaların sahəsi durmadan artır. Nəzərdə tutulub ki bu il 1000-1500 hekatra yaxın istixana komlkesi qurulsun.

Ötən il Şəmkir rayonunda 906 hektar sahədə istixana kompleksi yaradılıb. Bu komplekslərdən daha çox pomidor və xiyar omaqla 144 min ton tərəvəz məhsulları yığılıb. Məhsulların 30 faizı yerli yerdə qalanları isə Rusiya bazarlarında satılıb.

 

Natiq Hüseyn