• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 12.01.2018 10:02

Yeni elektrikli Genovation GXE superkarı peyda oldu

Elektrikli Genovation GXE superkarının yeni variantı ictimaiyyətə göstərilib. Chevrolet Corvette-in son nəsil nümayəndəsinin bazasında yığılan maşın 800 at güclü motora malikdir. Model 7 pilləli mexaniki, ya da avtomatik sürət qutusu ilə komplektləşə bilər. Yerindən ilk 96 km/saatı yığmaq üçün GXE avtomobilinə 3 saniyədən də az vaxt lazımdır. Maksimal sürətsə saatda 354 kilometrdir. İki qapılının standart gediş ehtiyatı 281 kilometr təşkil edir. Genovation şirkəti analoji superkardan cəmi 75 ədəd buraxmaq niyyətindədir. Onların hər birinin qiyməti minimum 750 000 dollar olacaq. İlk müştərilər avtomobillərinə ilin sonunda qovuşacaqlar. 

 

Cavanşir Məmmədzadə