Volkswagen qrupu 2017-ci ilin nəticələrinə əsasən Toyotanı qabaqlayaraq dünyanın ən iri avtomobil istehsalçısı adını qazanıb. Alman konsernin ümumi satışı ötən il ərzində 10,7 milyona bərabər olub. Toyotada isə bu göstərici 10,35 milyondur. Ən yüksək satışlar Volkswagen konserninə daxil olan Audi və Porschedə qeydə alınıb. Nəticələrin yaxşılaşması Volkswagen-ə Çin bazarında tələbatın artması ilə əlaqələndirilir. Yüksək satış göstəriciləri şirkətə rekord məbləğ – 220 milyard avro gəlir gətirib. 2016-cı ildə bu rəqəm 217 milyard avro idi. Volkswagen həmçinin 2017-ci ildə 6 milyondan artıq avtomobil istehsal edərək rekord qırıb. Tərcüməsi “Xalq avtomobili” olan Volkswagen hazırda 60-dan çox model yığır. Onlar arasında ən populyarları Jetta, Golf, Passat, Polo və Çində təqdim olunan Santanadır. Almanlar 2016-cı ildə də satışlarda Toyotanı qabaqlamışdılar. Hətta həmin ərəfələrdə Volkswagendə baş verən “dizelqeyt” qalmaqalı da buna mane ola bilməmişdi.
Cavanşir Məmmədzadə
- Baxış: 332