Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, ordu quruculuğunda atdığı qətiyyətli addımlar, silahlı qüvvələrin inkişafında oynadığı misilsiz rol Ağstafada hərbi xidmətə yollanan gənclərə aşılanıb. Ümummilli liderin abidəsini ziyarət edən və Heydər Əliyev Mərkəzində nümayiş etdirilən eksponatlarla tanış olan tədbir işçirakçıları rayonda çağırış kompaniyasının yüksək səviyyədə təşkil olunduğuna diqqət çəkiblər. Orduya inam, torpağa bağlılıq, düşmən tapdağı altında olan ərazilərin azad ediləcəyinə əminlik çıxışlarda xüsusi vurğulanıb. Çağırışçılar və onların valideynləri vətənin müdafiəsinin etibarlı əllərdə olduğuna əmin ediblər. Dövlət bayrağını öpərək müqəddəs Quranın altından keçən çağırışçılar avtobuslarla bölgü üzrə hərbi hissələrə yola salınıb.
Tuqay Namazov çağırışçı: Valideynlərimzə və onların övladlarına can sağlığı arzu edirəm. Dediyim kimi hərbi xidmətə gedirəm. Çox sevinirəm. İnşallah torpaqlarımızı qayatara biləcəyik.
Yeganə Əhmədova valideyn: Mən bir valideyn kimi qürur duyuram. Bu gün hərbi xidmətə yola düşən uşaqlara sağ-salamat gedib qayıtmalarını arzulayıram. Valdeynlərə demək istəyirəm ki onlar narahat olmasınlar. Uşaqlarımız vətənimizin keşiyində durmağa gedir.
Natiq Hüseyn
- Baxış: 363