Peugeot şirkəti 308 heçbekinin idman variantını təqdim edib. Beynəlxalq yarışlarda iştirak edəcək yeni modifkasiya 308 Gti-in bazasında yığılıb. At gücü isə 350-yə çatdırılıb. Peugeot 308 TCR 1,6 litrlik mühərriklə şütüyür. Aqreqat 6 pilləli ardıcıl sürət qutusu ilə vəhdət təşkil edir, güc isə ön təkərlərə düşür. Heçbekə 18 düymlük yüngül lehimli disklər geyindirilib, arxa və qabaqda isə alüminiumdan 6 və 2 porşenli əyləc mexanizmləri quraşdırılıb. Əvvəlki Peugeot 308 Racing Cup yarış avtomobilindən fərqli olaraq TCR indi daha təkmilləşmiş aerodinamik kuzov, bir qədər düzəliş edilmiş diffuzor və modernləşdirilmiş ön splitter əldə edib.
- Baxış: 389