• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 09.01.2018 14:13

Oğurluq edənlər yaxalandılar

KepezTV Player

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Gülzadə Xəlilovaya məxsus mənzildən oğurluq edilib. Bu barədə ev sahibi Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəraitdə onun mənzilindən 5320 manatının və 3375 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Hüseynova Nigar Eldar qızı tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Onun evində aparılan axtarış-götürmə tədbiri zamanı zərərçəkənin evindən oğurladığı 2 ədəd qızıl üzük aşkar edilərək istintaq materiallarına əlavə edilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edək ki, saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun Yasamal rayonunda daha bir mənzildən oğurluq etdiyi məlum olub. Hazırda həmin oğurluq əməlinə görə də N.Hüseynova barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manatın oğurlanması barədə məlumat daxil  olub. Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən “isti”  izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

1992-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş paytaxt sakini Kərimov Kamran Yusif oğlu saxlanılıb. O ifadəsində balta ilə həmin aparatı qıraraq içərisindəki pulları taladığını etiraf edib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.