Ekranda skaneri olan smartfon nümayiş etdirilib. Bu yaxınlarda rəsmi təqdim olunacaq aparatda ekranın alt hissəsinə daktiloskopik sensor qurulacaq. Kompüter komponentlərinin istehsalı ilə məşğul olan Synaptics şirkəti elan edib ki, ilk dəfə Vivo aparatında ekranın alt hissəsinə daktiloskopik sensor quraşdırılacaq. Synaptics-in mühəndisləri, həmçinin Clear ID adlı innovativ sensorun işləmə prosesi haqda məlumat veriblər. Vivo smartfonunun yan tərəfində yerləşdiriləcək əlavə düyməyə sıxdıqdan sonra ekranın aşağı hissəsində barmaq izi piktoqramı görsənəcək. Smartfonu blokdan çıxarmaq üçün barmağı həmin yerə qoymaq lazımdır. Onların texnologiyası yalnız OLED ekranları dəstəkləyir. iPhone X və Samsung Galaxy Note 8 kimi smartfonlar belə ekranla təchiz ediliblər.
- Baxış: 381