Gəncədə avtomobil səkiyə çırpılıb. Hadisə şəhərin Dədə Qorqud küçəsində baş verib. “VAZ 2107” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini 56 yaşlı Faiq Muradov sükan arxasında ürəktutmasından vəfat edib. İdarəetmədən çıxan maşın yolun sağ hissəsindəki səkiyə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Elnur Vahidoğlu
- Baxış: 825