
Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı seçilib. 32 yaşlı hücumçu 26 beynəlxalq informasiya agentliyi arasındakı sorğuda birinci yeri tutub. Ronaldu "Formula-1" üzrə dünya çempionu Lüis Hemiltonla tennisçi Roje Federer və Rafael Nadalı üstələyib. Polşanın PAP agentliyinin 1958-ci ildən təqdim etdiyi mükafatı prineyli ardıcıl ikinci dəfə qazanıb.
Orxan Cəfərzadə
- Baxış: 619