KepezTV Player
Nizami Rayon Polis İdarəsinə müraciət edən tikinti şirkətlərindən birinin rəhbərliyi inşa etdikləri binanın 10-cu mərtəbəsində uzunluğu 200 metr olan naqilin oğurlandığı barədə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Röyal Məmmədov saxlanılıb.
Saxlanılan şəxs naqillərin bir hissəsini yandıraraq, əldə etdiyi mis kütləni paytaxt ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satıb. Faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 506