KepezTV Player
Paytaxtın Bakıxanov qəsəbə sakini Emin Qurbanov Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb. Araşdırma zamanı onun paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında analoji cinayətlər törətdiyi, ümumilikdə 7 avtomaşını qaçırdığı da məlum olub. Ramazanov ifadəsində avtomobillərin akkumulyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 528