KepezTV Player
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərə baxış keçirilib. Bu zaman maşınlardan birinin salonunun örtüyündə 900 ədəd, digərinin oturacaqlarında və qapısında 309 qutu pirotexniki vasitə aşkar olunub.Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının üzərindən isə 32 qutu pirotexniki vasitə götürülüb. Bütün faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 513