Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Muxtariyyə kəndi ərazindən keçən hissəsində də yol qəzası baş verib. Qazax istiqamətində hərəkətdə olan, Şəmkir sakini 30 yaşlı Elvin Süleyvanovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı istiqamətinə gedən, Qazax sakini, 41 yaşlı Fədai Bənnayevin sükanı arxasında olduğu “Hyundai” toqquşub. Nəticədə Fədai Bənnayev, onun həyat yoldaşı 27 yaşlı Gültəkin Abdullayeva və digər sərnişini, 41 yaşlı Məhbubə Məmmədova xəsarət alıblar. Yaralılar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Onlardan Məhbubə Məmmədovanın vəziyyəti ağır olduğu üçün tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralıların müalicəsi isə travmatologiya şöbəsində aparılır, vəziyyətləri orta-ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
- Baxış: 780