Lənkəran Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Liman şəhəri ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Belə ki, oktyabrın 2-də İsmayıl Babazadənin kirayə yaşadığı evdən televizor, peyk antenasının aparıldığı barədə ŞRPŞ-yə məlumat daxil olub. Faktla bağlı polis əməkdaşları müvafiq tədbirlər keçiriblər. Nəticədə Liman şəhər sakini Fariz Şahverdiyev şübhəli şəxs qismində saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 26-da Liman şəhərində digər bir evdən 1500 manat dəyərində məişət əşyaları oğurladığı da məlum olub. İstintaq zamanı Şahverdiyev dekabrın 11-də bir nəfərə qarşı soyğunçuluq etdiyini də etiraf eləyib. Oğurlanmış əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 457