Neftçala rayon sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus qarajdan oğurluq edildiyini bildirib. Qeyd edilən ünvanda araşdırma aparılan zaman məlum olub ki, oradan ümumi dəyəri 4610 manat dəyərində məişət avadanlıqları aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olmuş Vüsal Məmmədov və Adil Qəmbərov saxlanılıblar. Araşdırma zamanı onların törətdikləri başqa cinayətlərin də üstü açılıb. Belə ki, şəxslər ifadələrində rayon ərazisində daha bir neçə fərdi yaşayış evindən məişət əşyaları oğurlayaraq satdıqlarını bildiriblər. Qəniməylərinin bir qismi müəyyən edilərək maddi sübut kimi götürülüb.
Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakinlərindən birinə məxsus evə girərək 1200 manat dəyərində kompyuteri oğurlamaqda şübhəli bilinən Orxan Bayramov saxlanılıb. Kompyuter Bayramovun yaşadığı evin zirzəmisindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşa məxsus həyətyani sahədən aliminium tor hasarları oğurlamaqda şübhəli bilinən rayon sakini Emin Həsənov saxlanılıb. Törətdiyi əməli etiraf edən Həsənov tor hasarları satdığını deyib.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 577