• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 879
— 26.12.2017 16:51

Göygöl Mərkəzi Rayon Xəstəxanasına mövsümü xəstəliklərlə bağlı müraciətlərin sayını artırıb

KepezTV Player

Havalar soyuması Göygöl Mərkəzi Rayon Xəstəxanasına mövsümü xəstəliklərlə bağlı müraciətlərin sayını artırıb. Əsasən şikayətlər yuxarı tənəfüs yollarının virus infeksiyası ilə əlaqəli xəstəliklərlə bağlıdır. Müraciət edənlər arasında uşaqlar üstünlük təşkil edir. Xəstəliyə yoluxmamaq üçün həkimlər mövsümə uyğun qidalanmağı və havaya uyğun geyim seçməyi məsləhət bilir. Əvvəlki illərlə müqayisədə həkimə ağırlaşmış formada müraciətlərin sayı azalıb. Bu işdə hər il təşkil onun əhalinin icbari dispanserizasiyasının rolu böyükdür.  

Eldar Muradov Göygöl MRX-nın baş həkimin müavini: Bu xəstəliklərin ətrafında əhali kifayət qədər mariflənibdir. Əvvəlki illərlə müqayisədə əhali indi daha çox mariflidir bu barədə. Bununda başlıca səbəbi həm xəstəxanalarda, həm məktəblərdə, həmçinin uşaq kollektivlarəində və digər kollektivlərdə bu məsələlərlə bağlı tez-tez görüşlərimiz olur, söhbətlərimiz olur. Ona görədə, bu gün ağır nəticələrlə müraciətlər çox şükürki olmur. Ancaq buna baxmayaraq yenədə bu məsələlər dahada təkminləşdirilməlidir.