KepezTV Player
80 il yaşadı, ancaq çox təəssüf ki, ömrü bədbəxt hadisə nəticəsində sonlandı. Ehtiyatsızlığı Oğuz sakini Xanım Soltanəliyeva baha başa gəldi. Qadın Şəki rayon Kiçik Dəhnə kəndinin ərazisində fəaliyyət göstərən fermanın həyətində zibil yanan quyuya yıxılıb və ağır xəsarətlər alıb. Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Soltanəliyevaya tibbi yardım göstərilib, ancaq həkimlərin səyi heç bir nəticə verməyib. Ahıl qadın tibb müəssisəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 497