Ağdam rayonunda qanlı hadisə baş verib. İki nəfərin mübahisəsinin axırı yaxşı sonlanmayıb. Rayonun Qaradağlı kəndində yerləşən dönərxanada 24 yaşlı Nahid Qasımov həmyerlisi, 31 yaşlı Səxavət Cəfərovu qətlə yetirib. Sərxoş olan Nahid içki şüşəsi ilə özündən 7 yaş böyük olan Səxavətin başına zərbələr endirib. Ağır xəsarətlər alan kişi yerə yıxılıb. Ürəyi soyumayan Qasımov daha sonra bıçaqla ona çoxsaylı zərbələr endirib. Səxavət Cəfərov hadisə yerində ölüb.
Daha bir qanlı olay Abşeron rayonunun Məhəmmədi kəndində yaşanıb. 31 yaşlı Nahid Əsədovu Tusi küçəsi, ev 4 ünvanında naməlum şəxs bıçaqlayıb.Zərbə onun kürək nahiyəsinin sol tərəfini tutub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Paytaxtın Səbail rayonunda isə dava zamanı iki nəfər xəsarət alıb.Bayıl qəsəbəsində yerləşən kafelərin birində 55 yaşlı Nəsrəddin Əliyevlə 32 yaşlı Rəşadət Məmmədov əlbəytaxa olublar.<br>Əliyev şüşə butulkanı Məmmədovun başına çırpıb. Rəşadət Məmmədov isə Nəsrəddin Əliyevi stul ilə vurub. Hər iki tərəf ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis faktları araşdırır.
- Baxış: 1183