Gələn ildən etibarən Gəncə Avtomobil Zavodu TATRA yük avtmobillərini daxili bazar üçün istehsalı, yığılan Belarus markalı traktorların isə Türkiyəyə və Gürcüstana ixracinı həyata keçirəcək. Bunu üçün zavodun hər iki ölkədə nümayəndəliyi tərəfindən iş aparılır. Bundan başqa müəssisədə “MAZ” markalı avtobusların kütləvi istehsalı da gündəmdədir.
Gəncə Avtomobil Zavodu fəaliyyətə başladığı dövürdən bu günə qədər 10 min müxtəlif təyinatlı traktor və 4 min yük avtomobili istehsal edib. Belarus ilə Azərbaycan arasında mövcud olan iqtisadi əlaqələrin təməlini təşkil edən zavod 2018-ci ildən fəaliyyət sahəsini daxili bazarla yanaşı, qonşu ölklərdə də genişləndirmək niyyətindədir. Ölkənin kənd təsərrüfatında geniş istifadə olunan və özünü doğruldan “Belarus” markalı traktorların xaricdə kütləvi satışı həyata keçiriləcək.
Xanlar Fətiyev - "Gəncə Avtomobil Zavodu" İB Müşahidə Şurasını sədri : Biz planlaşdırırq ki, gələn ilin sonuna qədər Türkiyənin bazarına Azərbaycan traktorları ilə çıxaq. 2018-ci il planımızda həmçinin Türkiyədə zavodun qurulması, traktorların yığılması və satışını da elə orda təşkil edək.
Zavodda həmçinin Çexiyanın “TATRA” yük avtomobilləri, eləcə də “MAZ” markalı avtobusların istehsalı planlaşdırılır. Bu məqsədlə daxili və xarici bazarda marketinq araşdırmaları aparılır.
Gennadi Axramoviç - Belarusun Azərbaycandakı səfiri: “Gəncə Avtomobil Zavodu Belarus ilə Azərbaycan arasında artan iqtisadi əməkdaşlığa öz töhvəsini verməkdə davam edir. Biz maraqlıyıq bu zavodun başqa ölkələrdə filillarını açılmasına bunun üçün lazımı texniki dəstəyi göstəririk. Gəncə Avtomobil Zavodu bu gün Azərbaycanın kənd təsərrüfatı texnikaları ilə, müxtəlif təyinatlı, ağır tonnajli yük avtomobilləri ilə təmin etməsi zavodun uğuru kimi qiymətləndirilə bilər”.
Gəncə Avtomobil Zavodunun fəaliyyətində seçilən əməkdaşlara Gəncə şəhər İcra Hakimiyyətinin fəxri diplomları təqdim olunub.
Xaliq Qurbanlı
- Baxış: 2579