Matrix Industries şirkəti innovativ enerjidoldurma sistemi ilə təchiz edilən "ağıllı" PowerWatch saatlarının tədarükünə başlayıb. İnsan bədənindən enerji toplayaraq onun istiliyini elektrik enerjisinə çevirən PowerWatch saatları qeyri-adiliyi ilə seçilir. Bu səbəbdən qurğunu adi üsulla – taxıc yuvasından, o cümlədən simsiz yolla enerji ilə doldurmağa ehtiyac qalmır. Belə ki, istifadəçi saatı qoluna taxanda o işləyir, çıxaranda isə "sleep mode" yəni "yatma" rejiminə keçir. Yenidən taxdıqda isə təkrar işləyərək istifadəçinin bədənindən enerji hasil etməyə başlayır. PowerWatch saatlarının mövcudluğu barədə ilk dəfə ötən il tərtibatçılar tərəfindən IndieGoGo saytında vəsait toplanışı üzrə kampaniya başladılanda məlum olub. Kampaniya zamanı 1,6 milyon dollar yığılıb. Qurğunun qiyməti versiyadan asılı olaraq 169-249 dollar arasında dəyişir. 46 millimetr diametrə malik baza versiyası suyun 50 metr dərinliyində işləyə bilir. Nisbətən bahalı variant daha böyükdür və daha yaxşı mühafizə olunur: saat suyun 200 metrliyində işləyir. Bundan başqa, ikinci PowerWatch versiyası smartfondan gələn bildirişləri göstərə bilir. Hər iki modifikasiya kalorinin miqdarını və addımları hesablayır, eləcə də yuxunun keyfiyyətini qiymətləndirir.
Cavanşir Məmmədzadə
- Baxış: 613