• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 868
— 22.12.2017 14:18

Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı statusunu təhvil verdi

KepezTV Player

Gəncə 2017-ci il üçün Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı statusunu təhvil verib. Bu münasibətlə təntənəli təntənəli bağlanış mərasimi keçirilib.

“Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” layihəsinin bağlanış mərasiminə həsr olunan tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru və nümayəndələri iştirak ediblər. Rəsmi hissə “ARB Kəpəz” kanalının hazırladığı və il ərzində reallaşan layihə və görüşlərə həsr olunan video materialın nümayişi ilə başlayıb. Çıxış edənlər layihə çərçivəsində görülən işlərə və şəhərin mədəniyyət sahəsində tutduğu əhəmiyyətli mövqəyə diqqət çəkiblər.

Polad Bülbüloğlu – Azərbaycanın Rusiyadakı səfiri: Mən Gəncəni çox sevirəm. Bütün gəncəliləri təbrik edirəm. Gözəl şəhərimiz, tarixi şəhərimiz MDB ölkələrinin mədəniyyət paytaxtı oldu. Məncə bu çox gözəl bir təşəbbüsdür. Gəncə həmişə mədəni şəhər olub, ən yüksək adlara da layiqdir və mən Fondun sərdi kimi çox şadam ki, Gəncədə o cür tədbirlər keçirilib”.

“Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” layihəsinin bağlanış mərasimində “Debütlər Birliyi” Beynəlxalq mükafatının laureatları təltif olunublar. Polad Bülbüloğlu və Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanova dahi şair Nizami Gəncəvinin siması əks olunan xalça hədiyyə edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə isə Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu adından layihənin yekun diplomu təqdim edilib.

Elmar Vəliyev – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: MDB-nin Mədəniyyət Paytaxtı olmaqla yanaşı, şəhərimiz çox böyük inkişaf yolu keçdi bu il ərzində. Çox böyük abadlıq, quruculuq işləri aparılıb. Şəhərimizin mərkəzində Filarmoniya binasının açılışı bizə əsas verir deyək ki, MDB Mədəniyyət paytaxtı layihəsi son olmayacaq. Bu başlanğıcdır. Gəncə bundan sonra daha möhtəşəm layihələrə imza atacaq. Nəinki mədəniyyət paytaxtı, incəsənət paytaxtı, eləcə də digər layihələrdə ürəkli iştirak edə biləcəyik”.

Tədbir konsert proqramı ilə davam edib. Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan və Rusiyadan olan sənətçilərin çıxışları maraqla qarşılab. İfaçılar klassik və estrada musiqisinin dili ilə dostluq, bərabərlik, həmrəlik mesajları veriblər.

Anatoli İksanov – MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru: Bu layihə ilə Gəncə öz işığı, öz mədəniyyəti, bir sözlə özünəməxsusluğu ilə MDB ölkələrinin mədəniyyət paytaxtları birliyinə daxil oldu. Bu xoş təəssüratı isə təbii ki, gəncəlilərin xoşməramlılığı, tolerantlığı və qonaqpərvərliyi yaradır. Bu gün həqiqətən də “Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” layihəsi yekunlaşır. Lakin bu heç də son demək deyil. Bizim əməkdaşlığımız bundan sonra da davaç edəcək. Həm növbəti, həm də 2019-cu ildə reallaşdıracağımız xeyli sayda layihə var ki, Gəncə də onların bir hissəsi olacaq”.

Konsertdən sonra tədbir iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib. Ziyafətdə “Gəncə - MDB-nin Mədəniyyət Paytaxtı - 2017” layihəsi çərçivəsində keçirilən tədbirlərdə fəal iştiraklarına görə mükafatlar təqdim olunub. Tətlif olunanlar sırasında “ARB Kəpəz” televiziyasının əməkdaşları da var.

 

 

Gülnar Fazilqızı