Virgin Hyperloop One şirkətinin perspektivli Hyperloop nəqliyyat sisteminin kapsulu rekord sürətə imza atıb. O, SpaceX prototipinin saatda 355 kilometr sürətini adlaya bilib. DevLoop test məntəqəsində keçirilən sınaqda XP-1 maqlev-kapsula 386 km/saat sürət yığmağa nail olub. Şirkət həmçinin kapsulun hermetik kilidinin işini nümayiş elətdirib. Vakuumlu Hyperloop qatarı ideyası ilk dəfə SpaceX-in yaradıcısı İlon Mask tərəfindən 2013-cü ildə təklif olunub. Bu konsepsiya özündə sərnişinləri daşıyan kapsulanı birləşdirir. O, borunun içində hərəkət edir və aşağı səviyyəli təzyiqə malikdir. Nəzəriyyəyə əsasən kapsullar saatda 12 min kilometr sürət yığa bilərlər.
Cavanşir Məmmədzadə
- Baxış: 342