Land Rover şirkətinin Special Vehicle Operations (SVO) adlı bölməsi konseptual Land Rover Discovery təqdim edib. Aktiv istirahət edənlər üçün nəzərdə tutulan maşın cəmi bir dənə buraxılıb. Amma gələcəkdə kütləvi şəkildə istehsal olunacağı deyilir. Xüsusi versiya 3 litrlik dizel motoru olan Discovery-nin bazasında yığılıb. Yeniliyin üçüncü cərgə oturacaqları yoxdur. Onun yerinə 4 silah saxlamaq kiçik şkaf, eləcə də digər ləvazimatlar üçün yeşik quraşdırılıb. Xarici görünüşdəki bütün elementlər eben ağacından hazırlanıb. Baqaj bölməsindəki arakəsmə itlər üçün təhlükəsiz zona və paltar saxlamaq üçün yerləri ayırır.
Cavanşir Məmmədzadə
- Baxış: 439