McLaren Automotive şirkəti özünün ən ekstremal avtomobilini – 800 at güclü ortamotorlu Senna hiperkarını nümayiş elətdirib. Maşın Formula-1 yarışlarının üçqat çempionu Ayrton Sennanın şərəfinə adlandırılıb. Yeniliyi həm yarış, həm də ictimai yollarda sürmək olar. Arxa ötürücülü hiperkar karbon şassidə düzəldilib və karbon fiberli panellərlə təchiz olunub. Çəkisinin 1198 kiloqram olması Senna modelini markanın ən yüngül avtomobili adlandırmağa əsas verir. Hiperkar aktiv hidravlik asma, aktiv stabilizator davamlılığı və aktiv aerodinamikaya malikdir. Maşında bir cüt arxa diffuzora və iri arxa qanada da rast gəlmək olar.
Cavanşir Məmmədzadə
- Baxış: 449