![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/robot_28.jpg?itok=ShLQKP2H)
Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutunun mühəndisləri tərəfindən hazırlanan iki robot Tecon şəhərində keçirilən Olimpiya alovu estafetində iştirak edib. İlk olaraq məşəli Los-Ancelesin Kaliforniya univetsitetinin robotexnika laboratoriyasının rəhbəri Dennis Honq daşıyıb. Honq, xilasedici robot HUBO tərəfindən idarə olunan qolf-karda əyləşib. HUBO humanoid robotlar arasında keçirilən yarışda qalib gələndən sonra məşhurluq qazanıb. Robot alimi kiçik bir karton divara qədər aparıb və məşəli yandırıb. Daha sonra divarda dəlik açıb alovu onu yaradan O Çun-xoya təqdim edib. Professor isə öz növbəsində estafeti KAIST adlı robota ötürüb. Adıçəkilən robot insan tərəfindən idarə olunur. Yeri gəlmişkən, HUBO robotunun divarı deşən zaman müvazinətini itirdiyi bildirilir. Lakin könüllülərin yardımı ilə balansını qoruyub saxlamağı bacarıb. Deyilənə görə, HUBO, fevralın 9 və 25 aralığında Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında könüllü-robotlardan biri olacaq. Təşkilatçılar ümumilikdə 85 müxtəlif robotun xidmətindən istifadə edəcəklər. Dəmir könüllülər idmançıları və qonaqları aeroportda qarşılayacaq, həmçinin onlara Olimpya kəndində və stadionda kömək edəcəklər. Robotlar insanlarla ingilis, Koreya, Çin və yapon dillərində ünsiyyət qurmaq iqtidarındadırlar.
Cavanşir Məmmədzadə
- Baxış: 342