• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1953
— 15.12.2017 14:36

Goranboyda sahibkarlara güzəştli kreditlər verilib

KepezTV Player

Qərb regionunda heyvandarlıq, arıçılıq, bağçılıq, eləcə də istehsal və emal sahələrinin inkişafına güzəştli kredit ayrılıb. Goranboyda keçirilən işgüzar forum çərçivəsində sahibkarlar bizneslərini inkişaf etdirmək imkanı qazanıb.  

Seyfulla Kazımov – sahibkar: Narçılıqla məşğuluq. 200 hektar nar bağımız var. Damçılı suvarma üsulu ilə suvarırıq. 2000 tonluq soyuducumuz var. Bizə pul çatmır ki, zavodu işə salaq. Buna görə dövlətdən istəyirik.

Bizneslərini genişləndirmək haqqında düşünən sahibkarlıq subyektləri öz istəyinə Goranboyda çatıblar. Gəncə-Qazax iqtisadi zonasından olan iş adamları bununla imkanlarını realizə imkanı qazanıb.

Rafiq Mustafayev - sahibkar: Hal-hazırda bizim 1 hektar 40 sot istixanamız var. Bu gün Sahibkarlığa Kömək Milli Fonduna müraciət olundu ki, işimizi genişləndirmək üçün bizə maliyyə dəstəyi verilsin. Bizə söz verildi ki, bu olunmalıdı.

90-a yaxın sahibkarın iştirakı ilə keçirilən forumda özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi diqqət mərkəzində olub.

Arif Vəliməmmədov - Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini: Bu günkü tədbir çərçivəsində 2,6 milyon manat məbləğində kreditin verilməsi təmin olunub. Bu kreditlər əsasən heyvandarlıq, arıçılıq, bağçılıq və digər istehsal, emal sahələrini əhatə edir. 

Bu günədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6600-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 238,5 milyon manat güzəştli kredit verilib. Bu məbləğin 17,8 milyon manatından Goranboydan olan 985 fermer yararlanıb.

 

Natiq Hüseyn