Klassik avtomobilin satışı ilə məşğul olan İsveçrənin Kidston şirkəti vaxtilə məşhur olmuş sportkarlarla qısametrajlı film çəkib. 5 dəqiqəlik filmdə kupe Ferrari Testarossa, Lamborghini Countach, Aston Martin Vantage və Almaniyanın RUF tünerlərinin hazırladığı Yellowbird iştirak edib. Sonuncu 1980-ci illərin ən sürətli avtomobili olan Porsche 911-in aqreqatları əsasında ərsəyə gəlib. Çəkilişlərə Lamborghini şirkətinin keçmiş test-pilotu Valentino Balboni və 80-ci illərdə 470 at güclü Yellowbird superkarı ilə rekord qırmış Ştefan Rozer də qatılıb. Yellowbird 1987-ci ildə 342 km/saat sürətə malik olub. Bu da onu o zamanın ən sürətli maşını adlandırmağa haqq verirdi. Yeri gəlmişkən, Kidston şirkəti aprel ayında sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin Lamborghini Miura avtomobili haqqında videoçarx təqdim etmişdi.
Cavanşir Məmmədzadə
- Baxış: 555