• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1543
— 14.12.2017 13:14

Balıq tutmaq istəyən şəxsi cərəyan vurdu

KepezTV Player

Lənkəranda göldən balıq tutumaq istəyən şəxsin tilovu yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə üç uşaq atası yerindəcə dünyasını dəyişib. Bədbəxt hadisə rayonun Girdəni kəndində baş verib. Rusiya vətəndaşı olan 52 yaşlı Tahir Əliyev əmisi oğlu ilə birlikdə balıq tutumağa gedib. Gölə tilov atmaq istəyərkən qarmaq yaxınlıqdakı yüksək gərginlikli elektrik xəttinə ilişib və o, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Lənkəran Rayon Prakurorluğunda cinayət işi açılıb.