KepezTV Player
Paytaxtın Xətai rayonunda hərəkətdə olan mikroavtobus yanıb. Hadisə Ali Məhkəmənin inzibati binasının qarşısında qeydə alınıb. Hərəkətdə olan “Ford Transit” markalı mikroavtobusun mühərrik hissəsi qəfil alovlanıb. Sürücü dərhal avtomobili saxlayaraq oranı tərk edib. Əraziyə yanğınsöndürənlər çağrılıb. FHN əməkdaşları alovun qarşısını ala biliblər. Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobilin mühərrik hissəsi tamamilə yanaraq sıradan çıxıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 321