Gəncə adının şəhərə qaytarılması, Nizami yurdunda sənayənin inkişafı, mədəni tərəqqi, səhiyyə, elm, təhsilə diqqət onun adı ilə bağlıdır. Bu gün cismani yoxluğunun 14-cü ilini andığımız ulu öndər Heydər Əliyevin adı ilə. Gəncə ictimaiyyəti dahi şəxsiyyətin xatirəsini adını daşıyan şəhərin baş meydanında izdihamla yad edib.
Minlərlə insan Gəncənin Heydər Əliyev meydanına toplaşıb. Hər kəsin amalı, məqsədi birdir: ulu öndərin xatirəsini yad etmək. Şəhər ictimaiyyəti ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub dahi şəxsiyyətin ruhuna ehtiramlarını ifadə ediblər.
Hələ sovet hakimiyyəti illərində ölkə rəhbəri olan Heydər Əliyin Gəncəyə xüsusi diqqəti olub. Maşınqayırma, avtomobil, billur, alüminium, tekstil, qənnadi, çini qablar kimi zavod və fabriklər 1970-80-ci illərdə şəhərin iqtisadi imkanlarının artırlmasına xidmət etməyə başladı.
Şəhərdə filarmoniya binasının tikintisi. kino və teatrın inkişafı, elmi sahədə intibah Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyevin xidmətlərindən olub.
Müstəqillik yolu qədər çətin yol yoxdur deyirdi Heydər Əliyev. O, bu yolu ona inanan və etiman göstərən xalqla birgə keçdi. Azərbaycan xalqına ikinci dəfə müstəqillik bəxş edən ümummilli liderin ölümündən 14 il ötür və bu meydan ilk günkimi insan izdihamına şahidlik edir...
Bir 14 il daha keçəcək, hətta çox, amma hər il 12 dekabr tarixində şəhərin baş meydanında görülən insan izdihamı azalmayacaq.
- Baxış: 979