Təbiətşünas alim Həsən Əliyevin 110 illik yubileyi Gəncə Dövlət Universitetində qeyd edilib. Onun əsas elmi fəaliyyətinin torpaqşünaslıq nəzəriyyəsi, ekologiya, təbii ehtiyatlar və digər sahələri əhatə etdiyi, ölkədə beynəlxalq bioloji proqramın işlənib hazırlanmasının Həsən Əliyevin adı ilə bağlı olduğuna diqqət çəkilib. Azərbaycanda coğrafiya, aqrobiologiya kimi elmi sahələr məhz akademik Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb, inkişaf edib.Diqqətə çatdırılıb ki, dünyada ekologiyanın qorunması sahəsində ilk həyəcan təbilini çalanlardan biri də məhz respublika dövlət mükafatı laureatı, əməkdar elm xadimi Həsən Əliyev olub.Azərbaycanda təbiəti mühafizə və ekologiya elminin banisi və əsas yaradıcısı kimi tanınan akademikin xatirəsinin qəlblərdə daim yaşadığı vurğulanıb.
- Baxış: 1903