• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1481
— 08.12.2017 16:57

Oğru sürücünü və qəssabı ələ verdi

KepezTV Player

Goranboyda mal-qara oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb. Onlar ayrı-ayrı kəndlərdə müxtəlif şəxslərə məxsus heyvanları oğurlamaqda təqsirli bilinir. Sonuncu cinayət əməlini törədərkən zərərçəkən tərəfindən saxlanılan “qəhrəmanlar” onlara bu işdə yardım edən sürücü və qəsabı da ələ verib.

Elçin Əliyev - saxlanılan şəxs: Gündüzdən kəndlərə gedib gəzirdim. Axtarıb dananı tapırdım. Yerini müəyyən etdikdən sonra gəlib Qazel sürücüsünü götürüb gedirdim.

Mingəçevir sakini Elçin Əliyev və həmyerlisi Zaur Hüseynov mal-qaranı Goranboyun bir neçə kəndindən oğurluyub. Həmin heyvanları dəyər-dəyməzinə sataraq pulunu dədə malı kimi öz aralarında bölüblər. Elçin Əliyev heyvanın oğurluq olduğunu nə müştəridən, nə də Qazel sürücüsündən gizlətmədyini deyir.

Elçin Əliyev - saxlanılan şəxs: Bilirdi özü də öz əli ilə maşından düşürdü. Pulumu da sanadı verdi. Bilməsəydi 5 manat 50 qəpikdən alardımı. O fikirləşmir ki 5 manat 50 qəpiyə satılan mal oğurluqdu. Halal malı 5 manata satmazlar.

Halalı haramdan ayırmağı bacaran, ancaq tamahına güc gələ bilməyən oğruların əməlinə Alpout kənd sakini Əlvan İsgəndərov son qoyub. Həmin şəxslərin otlaq sahəsindən heyvanları oğurladığını görən şəxs polisi məlumatlandırıb.

Elçin Əzizov - bölmə rəisi: Həmin şəxslər maddi sübutlarla birlikdə saxlanaraq istintaqa təqdim olunub. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

Saxlanılan şəxslərdən Elçin Əliyev əvvəllər də oğurluq etdiyi üçün bir dəfə məhkumluq həyatı yaşayıb. Günahı tam sübuta yetirilərsə onu eləcə də əlbir olduqlarını bir neçə il dəmir barmaqlıqlar arxası gözləyir.

 

Natiq Hüseyn