• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 07.12.2017 14:57

ADAU-dakı süni mayalanma tədris mərkəzi tələbələrin praktiki biliklərini artıracaq

KepezTV Player

Ölkədə heyvanların süni mayalanmasına diqqətin artırılması, ölkəyə gətirilən cins mal-qaranın baş sayının artırılması praktik vərdişlərlə yiyələnən ixtisaslı kadrların hazırlanmasını vacib edib. Bunu nəzərə alaraq Azərbaycan Dövlət Aqrar Universtetində yaradılan süni mayalanma tədris mərkəzi mühüm əhəmiyyətkəsb etməyə bilməz.  

Süni mayalanma tədris mərkəzi universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində yaradılıb. Bu ixtisas üzrə təhsil alan tələbələr 5 auditoriyada, heyvanların xüsusi mayalanması üçün otaq, müasir avadanlıqlar, kompyüterlər, əyani vəsaitlər və dərsliklər vasitəsilə elmi və praktik biliklərə yiyələnir.

Zöhrə Babayeva tələbə - Bu ildən süni mayalandırma əyani olaraq universtetimizdə tədris olunur. Biz nəzəri dərsləri keçirik və sonra praktiki olaraq dərslər keçir. Təbii ki, süni mayalandırma təsərüfatlar da çox önəmlidir. Bizim də universtetdə əyani keçməyimiz çox böyük müsbət cəhətdir.

Adəm Kərimov tələbə - Mərkəzə gəlib bunları həyata keçiririk. Bu işlərdə müəllimlər bizə köməkliklərini göstərirlər. Bilmədiklərimizi görərək öyrənirik.

Hələ ki, mərkəzdə praktik məşğələlər aparılsa da gələcəkdə heyvanların süni mayalanma yolu ilə bala alınması da mümkün olacaq. 

Famil Nəsibov - ADAU-nun Yoluxmayan Xəstəliklər kafedrasının professoru – “Bizə 20 baş cins inəklər gətirilib. Onların arasında hövrə gələni baş verərsə o vaxtı bizim onun süni mayalanmasına tam şəraitimiz var. Ancaq indi heyvan üzərinə ambulator şəraitdə süni mayalanmanın texnikası tələbələrə göstəririk.

Yeni doğulacaq buzovun ətlik və ya südlik istiqamətində olmasını əvəlcədən müəyyən etmək üçün süni mayalanma böyük əhəmiyyət kəsb edir. Bunun üçün də savadlı kadrlar hazırlanması müsbət addımdır.

 

Elnur Vahidoğlu