• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 07.12.2017 10:02

Lexus RX indi 3 cərgəli krossover oldu

Lexus Los-Anceles salonunda RX-in uzadılmış üç cərgə oturacaqları olan versiyasını nümayiş elətdirib. Krossoveri 6 ya da 7 yerlik konfiqurasiyada almaq mümkündür. Kapotun altında V6 benzin motor və hibrid güc sisteminə rast gəlinir. Lexus RX L-in uzunluğu 5 metrdir, bu adisinə nisbətən 110 millimetr çoxdur. Digər ölçülərdə dəyişiklik yoxdur. Sərnişinlərin ayaqlarını daha rahat hərəkət etdirməsi üçün üçüncü cərgə oturacaqlar ikincidən bir qədər aşağıda bərkidilib. Analoji mexanizmi linglə tənzimləmək olar. Amma baqaj həcminin nə dərəcədə dəyişdiyi barədə heç nə deyilmir. Modelin 350L versiyasının 3.6 litrlik motoru 294 at gücünə sahibdir. Motor 8 pilləli avtomatik sürət qutusu ilə birləşir. Ən üst versiya olan 450hL isə hibridlə hərəkətə gəlir, at gücü 312-ə bərabərdir. 450hL üçün 4 rejimli elektronik idarəetmə keçərlidir: standart, idman, qənaətcil və elektrikli. Yeni maşının oturacaqları 10 istiqamətdə tənzimlənə bilir. Avtomobil ilin sonuna kimi satışa çıxarılacaq.

 

Cavanşir Məmmədzadə