Müasir müayinə metodları, müalicə və praflaktika, yeni dərmanlar barədə məlumatlar Gəncədə təşkil edilən təkmilləşdirmə kursunda dinləyicilərə izah edilir. Səhiyyə Nazirliyinin göstərişi ilə keçilən kursda qərb bölgəsinin 9 rayonundan əczaçı, sanitar-feldşer, mama və tibb bacıları iştirak edir.
Gəncə tibb kollecində təşkil edilən təkmilləşdirmə kursunda 4 qupda 80 nəfər dinləyici kimi iştirak edir. Kollecin ixtisaslı müəllimləri tərəfindən terapiya, pediatiriya, ginekologiya və cərrahiyyə üzrə keçilən dərsləri üzrə tam kursu bitirən tibb işçiləri Səhiyyə Nazirliyinin sertifkasiya komissiyasında imtahan verir və imtahandan keçənlər yenidən öz çalışdığı tibb müəsisəsində işləyə bilir. İmtahan verə bilməyənlər isə yenidən kurslara cəlb edilir.
Natellla Tağıyeva kurs rəhbəri – Biz sənədləri aparırıq sertifkasiya komissiyasına təqdim edirik. Orada yoxlanılandan sonra imtahana bildiriş gəlir. İmtahan da Bakıda keçilir. Kursa gələnlər üçün bütün şərait yaradılıb. Rahat dərslər keçilir. Demək olar ki, bizə kursa gələnlərin 90 faizi imtahan verib sertiftak alırlar.
Təkmilləşmə kursu həftənin 5 günü imtahan proqramına uyğun təşkil eidlib.
İradə Cabbarova dinləyici Kursa gəlmişəm. Öz sənətimi sevdiyim üçün istəyirəm yenə işləyəm. Dərslərdən razıyıq. Bilmədiklərimizi yadımıza salərlar, dərsi yüksək səviyyədə keçirlər.
Aybəniz Tağıyeva dinləyici Kurslarda yüksək səviyyədə dərslər keçilir. Yüksəkl qiymət alacağıma inanıram. İmtahanlara yaxşı hazırlaşırıq.
24 günlük təşmilləşdirmə kursu bu həftinin sonu başa çatır. Kursu bitirənlərə imtahan vermək üçün şahədətnamələr veriləcək.
Elnur Vahidoğlu
- Baxış: 589