Blackview smartfonlar sırası yeni BV9000 Pro modeli ilə genişlənib. Bu, IP6" standartı üzrə hazırlanan və suyun altında işləyə bilən mühafizəli qurğudur. Bundan başqa, modeldə son dövrün bütün əsas yenilikləri quraşdırılıb: tərəflərinin nisbəti 18:9 təşkil edən genişformatlı ekran, qoşa kamera və çoxtutumlu akkumulyator. Smartfon üzün skan edilməsi ilə blokdan çıxarma funksiyası ilə təchiz edilib. Blackview BV9000 Pro mühafizəli qurğu ekran ətrafında kifayət qədər nazik çərçivələrə malikdir. 5,7 düym diaqonallı displey uzadılmış formalıdır və beşinci nəsil Gorilla Glass qoruyucu şüşəsi ilə mühafizə olunur. Qurğu maksimal 2,6 QHs takt tezlikli səkkiznüvəli MediaTek Helio P25 prosessoru, Mali-T880 qrafik sürətləndiricisi, 6 qiqabaytlıq operativ yaddaş və 128 Qb-lıq quraşdırılmış yaddaş ilə təchiz olunub. 4180 milliamper/saat həcmli akkumulyator sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. 13 və 5 meqapikselli sensorlu əsas qoşa kamera 3D effektində fotoşəkillər çəkir. Yanvarda Blackview BV9000 Pro smartfonu üçün proqram təminatı yenilənməsinin buraxılacağı gözlənilir. İstifadəçilər onu quraşdırmaqla sifətin skan edilməsi vasitəsilə blokdan çıxarma funksiyasından yararlana biləcəklər. Birdəfəlik quraşdırmadan sonra smartfonu blokdan çıxarmaq üçün ona yalnız baxmaq tələb olunacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 572